Bu gün Şəhid Xudayev Yaşarın doğum günüdür

Şəhidlərin bir qisminin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir

Hərb1 dəq oxu
Bu gün Şəhid Xudayev Yaşarın doğum günüdür

Şəhidlik zirvəsinə ucalan qəhramanlarımızdan biri də 01.11.1999 - cu ildə doğulmuş Xudayev Yaşar Əli oğludur.

Gent.az xəbər verir ki, Quba rayon dağlı kəndinin ilk şəhidi olan Xudayev Yaşar 2006-cı ildə Quba rayon Dağlı kənd tam orta məktəbində 1-ci sinifə Təhsilə başlayıb.

2015 ci ildə həmin məktəbin 9-cu sinifindən imtahan verərək Bakı Qida Sənayesi kollecinə qəbul olmuş , 2019-cu ildə hımin kollecdə təhsilini bitirib. ( 08.09.2019 )

Diplomunu götürmədən Vətənə olan borcunu özünə şərəf bilərək Yaşar 23 iyul 2019-cu ildə hərbi xidmətə yola düşüb.

Xidməti yeri Goranboy rayon Ballı Qaya ərazisində yerləşən N-saylı hərbi hissə olsa da, sonradan könüllü olaraq adını Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarına yazıb. Yaşar Xudayev ilk günlərdən özünü nizamlı,nümunəvi,vicdanlı hərbi qulluğçu kimi göstərməsinə görə ona Manqa komandiri kiçik çavuş rütbəsi verilib.

Şəhid Xudayev Yaşar 27.09.2020-ci il Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun sıralarında Torpağlarımızın mənfur düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərin ilk günündən 27.09.2020-ci il Murov dağ yüksəkliyinin alınmasında Qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

28.09.2020-ci il tarixində Quba rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

İlay
Gent.az

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan