Nüvə silahlarının saxlanma xərcləri açıqlanıb

Dünyanın doqquz nüvə dövləti 2021-ci ildə öz arsenalını saxlamaq üçün 82,4 milyard dollar xərcləyib.

Hərb1 dəq oxu
Nüvə silahlarının saxlanma xərcləri açıqlanıb

Bu barədə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Şirkətin dərc etdiyi "2021-ci il üçün Qlobal Nüvə Silahları Məsrəfləri" hesabatında bildirilib.

Gent.az xəbər verir ki, sənədə əsasən, ABŞ nüvə silahına xərclənən vəsaitin həcminə görə 44,2 milyard dollarla birinci yeri tutub. İkinci yerdə Çin (11,7 milyard dollar), üçüncü yerdə Rusiya (8,6 milyard dollar), dördüncü yerdə Böyük Britaniya (6,8 milyard dollar), beşinci yerdə isə Fransa (5,9 milyard dollar) qərarlaşıb.

Hindistan, İsrail və Pakistan bu məqsədlə bir milyard dollardan çox xərcləyib. Şimali Koreya isə 642 milyon dollarla sonuncu olub.(Oxu.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan