Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan qoşunları növbəti dəfə mövqelərimizi atəşə tutub.

Hərb1 dəq oxu
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Gent.az xəbər verir ki, İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan