Amerikanın bu tankını vura bilənə 10 milyon veriləcək

Amerikanın Abrams tankını məhv edən rus əsgərinə vəd edilən 10 milyon rubl mükafat tezliklə göndəriləcək.
Gent.azs xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"15-ci Əlahiddə Motoatıcı Briqadanın oğlanlarını ilk Abrams tankını vurmaları münasibətilə təbrik edirik. Tezliklə qəhrəmanlara 10 milyon rubl göndəriləcək. Əla gün, ədalətli mükafat", - deyə rejissor İvan Oxlobıstin qeyd edib.
Bundan əvvəl o, sözügedən tankı vuranlara 10 milyon rubl mükafat veriləcəyini açıqlamışdı.






