Ağdaşda dəhşət: Qardaşını güllələyərək öldürdü

Kriminal qiraət1 dəq oxu
Ağdaşda dəhşət: Qardaşını güllələyərək öldürdü

Ağdaş rayonunda iki qardaş arasında baş verən dava qətllə nəticələnib.

Rayonun Abad kənd sakini Ələşrəfov Mustafa Qulu oğlu aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968-il təvəllüdlü Ələşrəfov Qələndər Qulu oğlunu güllələyib.

Q.Ələşrəfov aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən tutulub. Qətlin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan