Ukraynalı qadın azərbaycanlı sevgilisini bıçaqlayıb

Ukraynanın Kiyev vilayətinin Vasilkovskıy qəsəbəsində yerli millətdən olan 41 yaşlı qadın vətəndaş nikahında olduğu azərbaycanlı ərini bıçaqlayıb.

Kriminal qiraət1 dəq oxu
Ukraynalı qadın azərbaycanlı sevgilisini bıçaqlayıb

Bu 38 yaşlı Ruslan Nadimovdur.

Gent.az xəbər verir ki, onun hazırda vəziyyəti orta ağırdır. Hadisəni törədən qadın saxlanılıb.

O ilkin ifafədə mübahisənin ərinin ona başqa qadınlarla xəyanət etməsinə səbəb olan faktları ona göstərməsi, qarşı tərəfin isə sərt reaksiya verməsi ilə yarandığını bildirib.

Mübahisə cütlük atasında yaşadıqları evdə içki masası ətrafında baş verib. Qadına yerli Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə iş açılıb.(report)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan