Məşhur prodüser qadın alverçisi imiş
Hollivudun məşhur prodüserlərindən olan Dillon D.Corcana qadın alverində günahlandırılıb.

O, Kaliforniyada San-Bernardino yaxınlığında polis tərəfindən saxlanılıb.
Gent.az xəbər verir ki, 49 yaşlı Dillon "PaperChase Films" kinoşirkətini qadın alveri üçün istifadə edib.
İddiaya görə o, qızları şirkətin yerləşdiyi ofisə yığır, onların kişilərlə görüşlərini təşkil edir. Prodüser hətta şirkət hesabını qeyri-qanuni işlər üçün istifadə edib. "Model xidmətləri üçün ödəniş" adıyla müştərilərdən pul alan Corcananın bütün gizli işlərinin üstü açılıb.
Dillon yüngül həyat tərzi keçirən qadınların pul qarşılığında görüşlərini, xaricə səfərlərini təşkil edib. Polis bildirib ki, bütün bu hadisələr 2010-cu ildən başlayıb.(axşam.az)







