Bioqrafiya
Üç il ərzində britaniyalı fotoqraf Ceyms Molison Kolumbiyada minlərlə qurbanı və pərəstişkarı olan Pablo Eskobarın var-dövlətini sənədləşdirir.
Kolumbiya sakinlərinin əksəriyyəti Eskobarı, ölkəni on illik xaosa sürükləyən cinayətkar hesab edir, lakin Medelyinin kasıb məhəllələrində onu Robin Qud adlandırırlar.
Narkobaron ABŞ-a nəql edilən narkotiklərin müqabilində qayıdan gəlirlər hesabına sosial evlər, kilsələr və futbol meydançaları tikdirmək üçün milyonlar xərcləyirdi.
Bir çox kolumbiyalılar Eskobarın “Asyenda Napoles” adlı imarətinin yanında yerləşən heyvanxanaya pulsuz təşkil edilən ekskursiyaları xatırlayır. Orada bir çox heyvan, fillər, zürafələr, kenqurular, kərkədanlar, su ayğırları və ekzotik quşlar saxlanılırdı.
Medelyində “kokain kralının” tikdirdiyi rayonu indiyədək Pablo Eskobar kvartalı adlandırırlar: burada evlərin divarlarında onun şəkillərini, “müqəddəs Pablo” yazılarını görmək olar. Hökümətin etirazlarına baxmayaraq, hər il onun məzarını minlərlə insan ziyarət edir.
Narkobiznes
Fermer və məktəb müəllimin oğlu Pablo Eskobar cinayətkar karyerasına Medelyin qəbirstanlığından məzar daşları oğurlamaqla başlayıb. Artıq 20 yaşında o, avtomobil oğurluğu ilə məşğul olan bandanın başında dururdu. 1970-ci illərdə kokain dünyanın qara bazarında marihuananı sıxışdırmağa başladıqda Eskobar narkotik işinə girir. İlk növbədə o Kolumbiya kokainini ABŞ-lı dilerlərə satmağa başlayır, lakin qısa müddətdən sonra bu zəncirə nəzarət öz əllərinə götürür.
1977-ci ilə Eskobar Medelyin kokain kartelinin əsasın qoyur, bir ildən sonra isə onun həmkarı Karlos Leder Baham adalarından birini alır. Kokainlə dolu sərnişin təyyarələri Kolumbiyadan bu adaya gəlir. Buradan isə narkotik Corciya və Florida ştatlarına nəql edilirdi. Həmçinin qaçaqmalçılıq üçün iki sualtı qayıq istifadə edilirdi. Qısa zamanda kartel ABŞ-ın kokain bazarının 80% ələ keçirir, Meksika, Venesuela, Dominikan Respublikasına və İspaniyaya gedən narkotrafkinin başında durur. Kartelin çiçəklənən vaxtlarında gündəlik gəlir 60 milyon dollar təşkil edirdi, “Forbes”-ə əsasən isə P.Eskobarın var-dövləti 3 milyard dollara bərabər idi.
Siyasət
1982-ci ildə Eskobar Kolumbiya Konqressinin müavin üzvü seçilir və parlament toxunulmazlığı alıq. O, İspaniyanın baş naziri Felipe Qonsalesin vəzifəyə keçməsi tədbirində Kolumbiyanı təmsil edir.
Lakin artıq gələn il ölkənin Ədliyyə naziri Rodriqo Lara Boniya onu narkotik alverində və cinayət qruplaşmasının təşkilində ittiham edir. Onun yığdığı məlumatlar əsasında 1984-cü ildə Eskobar Konqressdn xaric edilir. Bir neçə aydan sonra nazirin “Mersedes”i güllə-baran edilir Lara isə yerindəcə ölür. Həmin ildə Kolumbiya narkokartel başçılarının ekstradisiyası barədə sənədi ratifikasiya edir. Buna cavab olaraq Medelyin kartelinin liderləri “Los Ekstradibiles” qruplaşmasını yaradır. Bu qruplaşma qorxutma aksiyaları həyata keçirməyə başlayır: məmurlara, polisə və siyasətçilər hücum edir.
Ailə
1976-ci ildə Pablo öz rəfiqəsi Mariya Viktoriya Eneo Vieho ilə ailə qurur. Qısa zamanda onların Xuan Pablo oğulları, 3 ildən sonra isə qızları Manuela doğulur. 1979-cu ildən onlar 63 milyon dollara alınan “Asyenda Napoles” imarətində yaşayırdılar. Məlumata əsasən, axtarışda olan zamanlarda belə Pablo ailə bayramlarını və doğum günlərini ailəsi ilə birlikdə keçirməyə çalışırdı. 1993-cü ildə onunla rəqabət edən qrupun liderləri “kokain kralının” ovuna çıxdıqda o ailəsi birlikdə dağlara çəkilir. Məhz orada,Pablo qızı Manuelanın soyuqdan donmaması üçün ocaqda 2 milyon dollar yandırır.
Eskobarın qətlindən sonra onun ailəsi Mozambikə, oradan isə Argentinaya qaçır. Orada Xuan Pablo özünə Sebastyan Marrokin adını götürür. 2009-cu ildə o, Medelyin kartelinin sifarişi ilə qətlə yetirilən siyasətçilərin uşaqlarından rəsmi qaydada üzr istəyir, 2014-cü ildə atası haqda xatirələr kitabı yazır.