Şirvanda dəhşətli qətl törədilib.
Hadisə ötən gecə Şirvan şəhəri, Naxçıvan küçəsi 12 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 51 yaşlı Dadaşova Durna Həsən qızı boğularaq qətlə yetirilib. Qətlə yetirilməzdən əvvəl qadının əl-qolu bağlanıb.
Hadisənin detalları hələ ki, məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.