Gəncədə qız üstündə dava: 2 nəfər bıçaqlandı

Gəncədə iki nəfərin mübahisəsi sonda bıçaqlanma ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib.
Samux rayonunun İnstitut qəsəbə sakini, 1994-cü il təvəllüdlü İsmayl Baxışzadə ilə Tural adlı şəxs arasında qız üstündə yaranan dava birincinin qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilməsi ilə sonlanıb.
Xəstənin yarası tikilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, mübahisə zamanı Tural da xəsarət alıb. O, polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.







