Hikmət Mirzəyevin evi qarət olunub

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.

Kriminal qiraət1 dəq oxu
Hikmət Mirzəyevin evi qarət olunub

Hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib.

Gent.az xəbər verir ki, evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.

Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.(bakupost.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan