Niki Minajın əri həbs olunub
Amerikalı repçi Niki Minajın əri Kennet Petti 1 il müddətində azadlıqdan məhrum edilib.

Daha əvvəl 16 yaşlı qıza təcavüzə görə 4 il, Lemont Robinson adlı şəxsi qətlə yetirdiyinə görə 10 il həbs həyatı yaşayan Petti, bu dəfə Kaliforniyaya köçdüyü vaxt cinsi zorakılıq törədən şəxs kimi qeydiyyatdan keçmədiyi üçün həbs cəzası alıb.
Gent.az xəbər verir ki, o, cəza müddətini ev dustağı kimi çəkəcək. Kennet bununla yanaşı 55 min dollar da cərimələnib.
Qeyd edək ki, Niki Minaj 2019-cu ildə K.Petti ilə ailə qurub.(axşam.az)







