Əhməd Məmmədli həbs olunub
Gənc fəal, D18 Hərəkatının sədri Əhməd Məmmədli həbs edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) 30 sutkalıq inzibati qaydada həbs edilib.
Gent.az xəbər verir ki, bu barədə məlumatı "pravda.az" saytı yayıb.







