Bakıda "Mercedes"dən 17 min manat oğurlanıb

Bakıda avtomobildən külli miqdarda oğurluq olub.

Kriminal qiraət1 dəq oxu
Bakıda "Mercedes"dən 17 min manat oğurlanıb

 Yasamal rayonu M.Xiyabani küçəsində "Mercedes" markalı bir avtomobildən 17.250 manat oğurlanıb.

Gent.az xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan