Ukraynada saxta koronavirus vaksinindən istifadə edilib.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Dövlət qurumundan verilən məlumata görə, bir müddət əvvəl ölkəyə "Pfizer-BioNTech" vaksini adı altında bəzi qanunsuz dərmanlar gətirildiyi aşkarlanıb. Sözügedən təhlükəli vasitələrin bəzi özəl xəstəxanalarda artıq istifadə edildiyi məlum olub.
Digər iddiaya görə, bəzi dövlət rəsmiləri də ölkəyə qanunsuz olaraq gətirilən bu saxta vaksindən istifadə edib.
Bu vaksin Ukraynaya İsraildən gətirilib. İsrail Səhiyyə Nazirliyi isə bu iddiaları təkzib edib.
Ukrayna Təhlükəsizlik Xidməti məsələ ilə bağlı geniş araşdırmaya başlayıb.