Ukraynada rektor özünü güllələdi

Kiyevdə Boris Qrinçenko adına Kiyev Universitetinin rektoru Viktor Oqnevyuk özünü güllələyib.

Kriminal qiraət1 dəq oxu
Ukraynada rektor özünü güllələdi

İntihar istintaqın versiyalarından biridir, çünki rektor güllə yarası ilə tapılıb.

Gent.az xəbər verir ki, onu xilas etməyə çalışsalar da, uğursuz olub.

"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.

Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.

Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir.(Lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan