Məşhur Türkiyəli psixoloq və yazar Doğan Cüceloğlunun meyiti, İstanbulda yaşadığı evdə aşkar edilib.
Gent.az xəbər verir ki, 83 yaşlı psixoloqun ölüm səbəbi hələ bəlli deyil. Hadisə yerinə gələn polislər araşdırmaya başlayıblar.
Qeyd edək ki, Doğan Cüceloğlu ABŞ-da Doktorantura təhsili alıb, dünyanın bir çox ölkəsində konfrans və seminarlarda çıxış edib.
Mərhum alim "Yeniden insan insana", "Savaşçı", "Geliştiren Anne-Baba" və.s. kitabların müəllifidir.