Xəbər verdiyimiz kimi, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu qətlə yetiriliblər.
Gent.az ın məlumatına görə, qətli törədən ailənin böyük oğlu Əhməd Əhmədov olub.
Yaxınlarının sözlərinə görə, onun psixoloji problemləri olub və davamlı olaraq dərmanlar qəbul edib.