Valideynlərini qətlə yetirən şəxs bacısını və körpəsini də öldürüb - YENİLƏNİB (VİDEO)

Kriminal qiraət1 dəq oxu
Valideynlərini qətlə yetirən şəxs bacısını və körpəsini də öldürüb - YENİLƏNİB (VİDEO)

Valideynlərini və azyaşlı qardaşını qətlə yetiən Əhməd Əhmədovun digər cinayət əməlləri də üzə çıxıb.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib

xxx

18:54

"Əhmədin ailəsi ilə heç bir problemi olmayıb. Psixoloji problemləri olub. Özü də idmançı olub". 

Bu barədə açıqlamasında valideynlərini və azyaşlı qardaşını qətlə yetiən Əhməd Əhmədovun yaxınları bildirib. 

Yaxınlarının bildirdiyinə görə, Əhməd Əhmədov bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızı Ülviyyəni də qətlə yetirib. 

"Əhməd Əhmədov dərman qəbul edirdi. Ailəsindən ayrı yaşayırdı", - deyə cinayəti törədən şəxsin qohumları bildirib. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan