Bakıda fəaliyyət göstərən “Neon” restoranında oğurluq olub.
Gent.az xəbər verir ki, restorandan 2050 manat pul oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində orada işləyən, 1995-ci il təvəvəllüdü Arzuman Səfərov saxlanılıb
Qeyd edək ki, mediada yazılan məlumatlara görə, "Neon" restoranı Türkiyədə öldürülən kriminal avtoritet Rövşən Lənkəranskiyə məxsus olub.
O öldürüldükdən sonra restoran Rövşənin qardaşının nəzarətinə keçib.