Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 28 yaılı Müşfiq Sərhəngov saxlanılıb.
Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.