Polisə düşən məşhurlarımız - SİYAHI

Kriminal qiraət2 dəq oxu
Polisə düşən məşhurlarımız - SİYAHI

Məşhurluq insana istədiyini eləməyə, başqasına qarşı şiddət göstərmək haqqı vermir. Məşhurluğu daşımaq asan deyil. Təəssüf ki, ulduz xəstəliyi bəzən fəsadlara da yol açır.

Gent.az məşhurlaşdıqdan sonra adı qanun pozuntularında, polisə hallanan məşhurlarımız barədə məlumat verir.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 1

 Elə iki gün öncə Xalq artisti Ağadadaş Ağayevin adı “baltalı” cinayətlə hallandı. Müğənni evinin yanındakı xəstəxananın mühafizəçisinə balta ilə hücum edərək, bir qadını yaraladı və özü də döyüldü.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 2

 Müğənni Manaf Ağayev işğaldan azad edilmiş  kəndlərinə icazəsiz getdiyinə gör 15 gün həbs edildi.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 3

Meyxanaçı Rəşad Dağlı adam öldürdüyünə görə həbs olunub.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 4

Müğənni Rəqsanənin və doğmalarının adı bir zamanlar insan alverində hallanıb.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 5

Prodüser Təranə Səmədova insan alverinə görə həbs olunub.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 6

Müğənni Fədayə Laçın da həbs olunan məşhurlar arasındadır. 

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 7

Azərbaycanı ilk "Eurovision" mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 8

Maral Tahirqızı əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 9

Tanınmış rejissor Aqil M.Quliyev dələduzluq etdiyinə görə həbs olunub.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 10
Teleaparıcı İlham Mirzəyev də dələduzluq ittihamı ilə həbs olunub. 

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 11
Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə, həbs olunub.

Polisə düşən məşhurlarımız - SİYAHI — şəkil 12
Meyxanaçı Vahid Qədimə 2015-ci ildə dələduzluq maddəsi ilə saxlanılıb.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan