Rusiyanın Novosibirsk şəhər sakini məhkəmədə öpüş yolu ilə sevgilisinə narkotik keçirməyə çalışıb.
Gent.az yerli mediaya istinadla bildirir ki, ancaq məhkəmə icraçıları tərəfindən qadının bu əməlinin qarşısı alınıb.
Regional Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, baş leytenant müttəhimi məhkəmə zalına qədər müşayiət edib. Bu zaman ikinci mərtəbənin enişində bir qız dayanıb və şöbə əməkdaşının tələbinin əksinə olaraq, yerini tərk etməyib.
“Bu zaman müttəhim məsafəni kəskin şəkildə azaldıb və qadını öpmək üçün ona yaxınlaşıb. Qadının ağzında sarı-yaşıl elektrik lentinə bükülmüş bağlama görünüb, onu müttəhimə verməyə çalışıb”, - deyə məhkəmə icraçısı bildirib.
Şöbə işçisi qadağan olunmuş maddənin ötürülməsini dayandıranda qız özünü şübhəli aparmağa başlayıb. Vətəndaş saxlanılıb. O, əvvəlcə müqavimət göstərməyə çalışıb, sonra isə heç nə olmamış kimi işçi ilə “danışıq” etməyə cəhd edib. Qız əməliyyat-istintaq qrupuna təhvil verilib.