Ayağını öpdürən tiktoker və tanışları cinayət məsuliyyətinə cəlb edilib.
Gent.az xəbər verir ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfərin onu söyməsinə görə tanışları vasitəsilə əvvəlllər evində usta işləyən şəxsə qarşı xuliqanlıq hərəkətləri etməsi ilə bağlı cinayət işi başlanılıb.
Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında tiktokerlə görüşdürüblər. Burada usta ondan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib. Hadisədən sonra sosial şəbəkələrdə görüntülər yayılıb və usta polisə şikayət edib.
Nəticədə, D.Quliyeva barəsində Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunublar.
Müvafiq qərarla Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
Cinayət işi üzrə istintaq davam etdirilir.