Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tədbirlər görür.
Gent.az -ın xəbərinə görə, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilərin TikTokerlərin iştirakı ilə təşkil etdiyi yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri saxlanılıblar.
Xəbər yayılandan sonra sosial şəbəkələrdə həmin canlı yayımın aktiv iştirakçılarından olan İlhamə adlı tiktokerin də saxlanılması barədə məlumatlar yayıldı.
Gent.az -ın əldə etdiyi məlumata görə, tiktoker İlhamə hələ saxlanılmayıb.
Belə ki, polisin həyata keçirdiyi əməliyyat zamanı tiktoker İlhamə orada olmayıb.
Hazırda əməliyyat tədbirləri davam etdirilir.