Həyat yoldaşını oteldə boğaraq öldürdü

Kriminal qiraət1 dəq oxu
Həyat yoldaşını oteldə boğaraq öldürdü

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Məlumata görə, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib. Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan