Türkiyədə sosial fenomenlərə qarşı əməliyyat keçirilib.
Gent.az yerli mediaya istinadla bildirir ki, əməliyyatlar İstanbul şəhərində Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baş tutub. Yeddi sosial media fenomeninə qarşı keçirilən əməliyyatlar nəticəsində TikTok-da qanunsuz mərc oyunları təşkil edən 6 fenomen saxlanılıb. Onlardan birinin də saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, onlar Elanur Bulut, Salim Çato, Zeynep Buse Korkmaz, Buse Plan, Okan Serbes və Tuna Yurdakuldur.
Saxlanılanlar istintaqa təhvil verilib.