İtaliyada bir kişi keçmiş sevgilisini öldürüb, sonra onun cəsədini çamadanda gizlədib.
Gent.az xarici mediaya istinadla bildirir ki, aprelin 2-də İlariya Sula adlı 22 yaşlı tələbənin qalıqları meşədə tapılıb. Qalıqlar dərənin dibində böyük bir çamadanın içərisində olub. İlariyanı sonuncu dəfə martın 25-də sağ görüblər. Həmin gün o, heç kimə demədən evini tərk edib və heç bir iz qoymadan yoxa çıxıb.
Araşdırmalar zamanı polis Sulanın keçmiş sevgilisi 23 yaşlı Marko Entoni Samsonun izinə düşüb. Məlum olub ki, o, qız yoxa çıxmazdan bir qədər əvvəl onunla əlaqə saxlayıb. Detektivlər Samsonun Sulanın sosial media hesablarına qanunsuz daxil olduğunu və onun ölümündən sonra onun adından mesajlar göndərdiyini müəyyən edə biliblər.
İlkin araşdırmalara görə, həmin şəxs bıçaqla qıza vəhşicəsinə hücum edib, daha sonra qalıqları olan çamadanı dərəyə ataraq meyitdən xilas olub.
Sulanın işi Roma və Messinada etirazlara səbəb olub. Qəzəblənən vətəndaşlar hökumətin diqqətini qadınlara qarşı zorakılığın kəskin probleminə yönəldiblər. Bu il İtaliyada 113 qadın zorakılığın qurbanı olub.
99 halda cinayəti törədənlər öldürülən şəxslərin yaxın qohumları və ya həyat yoldaşları olub.