Bakıda 397 min manatlıq dələduzluq: Qərar açıqlandı

Kriminal qiraət1 dəq oxu
Bakıda 397 min manatlıq dələduzluq: Qərar açıqlandı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Gent.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayət və protesti təmin etməyib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan