Kamçatka diyarında dəhşətli qətl: müdir işçisini öldürüb, cəsədini parçaladı

Kriminal qiraət1 dəq oxu
Kamçatka diyarında dəhşətli qətl: müdir işçisini öldürüb, cəsədini parçaladı

Rusiyanın Kamçatka diyarında Petropavlovsk-Kamçatsk şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Gent.az xəbər verir ki, 74 yaşlı mağaza sahibi işçisini öldürüb və onun cəsədini parçalayaraq meşədə gizlədib.

Sentyabr ayında şəhər kənarındakı meşə massivində zorakılıq əlamətləri olan insan qalıqları tapılıb. Ekspertiza həmin qalıqların daha əvvəl itkin düşmüş 60 yaşlı kişiyə məxsus olduğunu müəyyən edib.

İlkin versiyaya əsasən, mağazanın zirzəmisində baş verən mübahisə zamanı müdir işçisini yerə yıxıb və metal əşya ilə iki dəfə vuraraq öldürüb. Daha sonra cəsədi hissələrə ayıraraq meşədə basdırıb.

Hazırda cinayətlə bağlı araşdırma aparılır.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan