Bakıda quldurluq: 6 nəfər kişini döyüb telefonu ələ keçirdi

Kriminal qiraət1 dəq oxu
Bakıda quldurluq: 6 nəfər kişini döyüb telefonu ələ keçirdi

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Gent.az-ın məlumatına görə, naməlum şəxslər axşam saat 20 radələrində bir kişiyə fiziki zor tətbiq edərək 2500 manat dəyərində mobil telefonunu əlindən alıblar.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən edilərək saxlanılıblar.

Eyni zamanda, Alatava qəsəbə sakininin evindən 4000 manatlıq qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən F.Ramazanov da tutulub.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan