Azərbaycan mədəniyyətinə ağır itki üz verdi
Bakı Dövlət Sirkinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə vəfat edib.

Mərhum 67 yaşında dünyasını dəyişib.
Gent.az xəbər verir ki, Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib.
O, 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib.
Mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.






