Arif Quliyevin son durumu ilə bağlı açıqlama

Mədəniyyət1 dəq oxu
Arif Quliyevin son durumu ilə bağlı açıqlama

Koronavirusa  yoluxan Xalq artisti Arif Quliyevin  vəziyyəti ağır olaraq qalır. 

Bununla bağlı Unikal.org-a sənətçinin oğlu Rövşən Quliyev açıqlama  verib. 

O, bildirib ki,atasının səhhətində heç bir dəyişiklik yoxdur: "Hələ də atam, reanimasiya şöbəsindədir. Vəziyyəti  ağır olaraq qalır. Süni tənəffüs  aparatına qoşulub. Tezliklə sağalmasını  ümid edirik". 

Qeyd edək ki,  Arif Quliyev "Yeni klinika"da müalicəsini  davam etdirir. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan