Hacı Nuran: "Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı"

Mədəniyyət1 dəq oxu
Hacı Nuran: "Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı"

Bir müddət əvvəl ağır əməliyyat keçirən Azərbaycanın Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

Aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında sənətçi ilə bağlı paylaşım edib.

O, İnstaqram hesabında A.Ağayevlə fotosunu payalaşaraq səhhətinin yaxşı olduğunu bildirib: “Sizin dualarınız sayəsində Xalq artisti Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı. Hazırda qardaşım yaxşıdır, özünü gümrah hiss edir. Dostumun sevinci mənim sevincimdir. Tanrı səni qorusun, əziz dostum… Sən milyonların duasına layiq oğulsan”.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan