Arif Babayevin vəziyyəti ilə bağlı oğlundan AÇIQLAMA

Mədəniyyət1 dəq oxu
Arif Babayevin vəziyyəti ilə bağlı oğlundan AÇIQLAMA

Türkiyədə xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevdən xəbər var.

Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında atasının səhhətinin yaxşılaşdığını deyib:

"Atam yavaş-yavaş sağalır. 2 həftəyə Azərbaycana gələcək. İnsult keçirmişdi, çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah".

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olunub. Onun 83 yaşı var.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan