Aktyor "Game of Thrones"dan sonra psixoloji müalicə alıb

"Taxt Oyunları" ("Game of Thrones") serialında "Con Snou" xarakteri ilə məşhurlaşan aktyor Kit Harinqton yaşadığı zehni problemlərə görə müalicə aldığını açıqlayıb.

Mədəniyyət1 dəq oxu
Aktyor "Game of Thrones"dan sonra psixoloji müalicə alıb

Aktyor sonuncu müsahibəsində 2019-cu ilin mayında reabilitasiyaya başlamasının səbəbinin həmin serial olduğunu təsdiqləyib.

Gent.az xəbər verir ki, o bunları söyləyib:

"Taxt Oyunları"ndan sonra psixoloji problemlər yaşadım. Düşünürəm ki, bu, layihə və illərdir gördüyüm işlərlə birbaşa əlaqəli idi. Həmişə təzyiq altında yaşaya bilməzsən".

Kit insanların "Con Snou"ya olan marağı və serialın bitməsi səbəbindən küçəyə çıxmağa qorxduğunu da vurğulayıb.

Qeyd edək ki, aktyor final səhnələrinin çəkilişində sinir krizi keçirib.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan