Azərbaycanda tanınmış xanəndə vəfat etdi
Mədəniyyət1 dəq oxu

Xanəndə Tuqay İsmayılov dünyasını dəyişib.
Bu haqda muğam ifaçısının dostu tarzən Ruslan Zərbəliyev məlumat yayıb. Musiqiçinin koronavirusdan vəfat etdiyi bildirilir.
Xatırladaq ki, məlahətli səsə malik Tuqay İsmayılov qısa müddətdə məşhurlaşan ifaçılardandır. O "Təkcə mənim olaydın" mahnısı ilə sosial şəbəkələrdə rəğbət qazanan gənc xanəndədir.







