Castin Biber müsəlmanları təhqir edib?
Kanadalı müğənni Castin Biber sonuncu konsertində səhnəyə başıörtülü çıxıb.

27 yaşlı ulduz konsertdən olan fotoları instaqram hesabında paylaşıb. O, başına yaylıq bağlayıb.
Gent.az xəbər verir ki, Castinin bu hərəkəti müsəlmanları lağa qoymaq kimi qiymətləndirilib və tənqid olunub.
Biber niyə belə bir addım atdığı barədə hələlik heç bir açıqlama verməyib.








