Tanınmış aktyor dünyasını dəyişib
Otuz ildən çoxdur "Gənc və cəsarətli" serialında patriarx Con Abbott rolunu oynayan Cerri Duqlas dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən sonra 88 yaşında dünyasını dəyişib.
Gent.az xəbər verir ki, Duqlas "Mannix", "Polis qadın", "Mümükünsüz tapşırıq", "Rockford faylları", "Soyuq qutu" seriallarında, "Ən əziz anam", "Uçqun" və "Oliver Stoun" kimi filmlərdə rol alıb.







