Tanınmış yazıçı vəfat etdi

Bir çox tarixi və macəra romanlarının müəllifi, Cənubi Afrikadan olan yazıçı Vilbur Smit 88 yaşında Keyptaundakı evində gözlənilmədən vəfat edib.

Mədəniyyət1 dəq oxu
Tanınmış yazıçı vəfat etdi

Bu barədə Vilbur Smitin rəsmi saytında məlumat verilib.

Gent.az xəbər verir ki, yazıçının ilk uğuru 1964-cü ildə nəşr olunan və Kortni ailəsinin həyatından bəhs edən silsilə kitabların yaranmasına səbəb olan romanı (When the Lion Feeds) olub. Sonrakı illərdə onun otuz dilə tərcümə edilmiş romanlarının 140 milyon nüsxədən çoxu bütün dünyada satılıb.

V. Smit 9 yanvar 1933-cü ildə Şimali Rodeziyada (Zambiya - Red) İngiltərədən gələn mühacir ailəsində anadan olub. O, adını Rayt qardaşlarının ən böyüyü Uilbur Raytın şərəfinə alıb.(Report)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan