Burak Özçivit həbs edilir?
Tanınmış türkiyəli aktyor Burak Özçivitin həbsi tələb olunur.

Aktyorun rol aldığı "Kuruluş Osman" serialının çəkilişləri zamanı bir işçini təhqir etdiyi üçün haqqında 4 il 1 aya qədər həbs tələbi ilə məhkəmə işi başlanılıb.
Gent.az xəbər verir ki, o, ötən ilin dekabr ayında bir dava zamanı dörd nəfəri təhqir edib. Məlum olub ki, aktyorun dava etdiyi şəxslərdən biri kamera asistantı, digəri görüntü rejissorudur.
Məlumata görə, Özçivit çəkiliş meydançasında çadırdan çıxarkən sözügedən şəxslərə təhqirəramiz ifadələr səsləndirib.
Bu təqdirdə, Özçivitin həbs edilməsi gözlənilir.







