"Seçdiyim kişilər hamısı fıs çıxdı" - Pərvin Abıyeva

"Qış gələndə depressiyaya düşürəm, evdən bayıra çıxmaq istəmirəm. Son zamanlar çox gəzmək havasında deyiləm, çünki böyümüşəm".

Mədəniyyət1 dəq oxu
"Seçdiyim kişilər hamısı fıs çıxdı" - Pərvin Abıyeva

Bu sözləri "İnstaqram"da aktrisa Pərvin Abıyeva deyib.

Gent.az xəbər verir ki, o, son zamanlar film və seriallarda rol almamasından danışıb:

"Xosrov və Şirin"dən təklif almamışam, amma hazırda yayımlanan, yayımlanacaq olan və yayımlanmış serial və filmlərin çoxuna təklif almışam. Məsələ ondadır ki, biz qonorar mövzusunda razılığa gəlmirik, düşünürəm ki, gedib ucuz qiymətə çəkilib, aldığım 1000-1500 manatı sağlamlığıma xərcləmək istəmirəm. Bizdə aktyora dəyər vermək, onu yormamaq, şərait yaratmaq yoxdur. Bizdə aktyordan istifadə edirlər. Elə edirlər ki, verilən pulu baha başa gətirsinlər".

Sənətçi ona ünvanlanan "Sənə ciddi evlilik təklif edən olsa, nə edərsiz" sualına isə belə cavab verib.

"Siz düşünürsüz ki, mənə elə təkliflər gəlmir? Mən subayamsa, düşünürsüz ki, belə istəklər yoxdur? Sizə desəm ki, mənə rəfiqələrim mənimlə evlənmək istəyən oğlanların fotolarını göstərirlər ki, səndən ötrü ölür. Amma mən onları ciddi qəbul etmirəm. Mən özüm görməliyəm, seçməliyəm. Mənim seçdiklərim gördüz də hamısı fıs çıxdı".(olay.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan