Nigar Camal bayramda aldığı artıq çəkidən belə xilas oldu - Video

Müğənni Nigar Camal sosial şəbəkədə paylaşım edib.
41 yaşlı ifaçı Yeni il bayramında aldığı artıq çəkidən şikayətlənib. O, idman zalında çəkilən videosuna "Yeni ildən sonra çəkim 53-dən 55 kiloqrama qədər artdı. Sizdə nə var, nə yox?" şərhini əlavə edib.
Qeyd edək ki, Nigar bayram günlərində Azərbaycanın qış turizm mərkəzlərindən olan Şahdağa yollanıb. Sənətçi həmin görüntüləri instaqram izləyiciləri ilə bölüşüb.







