Elza Seyidcahan ağlını və şeirlərini sığortalayacaq

Mədəniyyət1 dəq oxu
Elza Seyidcahan ağlını və şeirlərini sığortalayacaq

Dünyada bir sıra maraqlı sığorta növləri mövcuddur.

Məsələn, bir çox Dünya ulduzu öz bədən üzvlərini sığortalayıb. Aktirsa Cennifer Lopez elə bu ulduzlara misaldır. Yaxud da gülüşünü sığortalayan Culiya Robertsin adını çəkmək olar.Bəs Azərbaycanda bu növ sığorta edən şirkətlər varmı?

Sözügedən mövzu ilə bağlı İctimai TV-nin "Xəbər Yekun" verilişində süjet yayımlanıb.

Proqrama danışan Əməkdar artist Elza Seyidcahan deyib ki, ağlını və şeirlərini sığortalamaq istəyər. Digər müğənni Fuad Musayev isə səs tellərini sığortalamaq istədiyini bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, ölkəmizdə bu istiqamətdə işlər zəif inkişaf edib:

"Konkret sayı ilə deyə bilmərik ki, hansı futbolçu ayağını, yaxud da musiqiçi səsini sığortalayıb. Çünki bu sığorta sirri sayılan məsələdir".

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan