Məşhur aktyorun yeni eşq macərası
Hollivud ulduzu Bred Pitt yeni eşqə yelkən açıb.

58 yaşlı aktyorun 35 yaşlı isveçli müğənni Lykke Li ilə münasibətdə olduğu iddia edilib.
Gent.az xəbər verir ki, cütlüyün yaşadığı evlərin bir-birinə yaxın seçilməsi şayiələri daha da gücləndirib.
"İnsayder"in məlumatına görə, ikili münasibətlərini gizli saxlayır. "The Sun" nəşri isə ulduzlar arasındakı münasibətin 2021-ci ilin ortalarından başladığını yazır.
Qeyd edək ki, Bred Pitt aktrisa Ancelina Coli, Lykke Li isə musiqiçi Jeff Basker ilə ciddi münasibət yaşayıb. Onların bu birlikdəliklərindən övladları var.
Bred Pitin bundan əvvəl amerikalı məşhur müğənni-aktrisa Andra Deylə münasibətdə olduğu bildirilirdi.(axşam.az)







