Çimnaz Sultanova: "Həyatım təhlükədədir, məni hədələyirlər..."

Mədəniyyət1 dəq oxu
Çimnaz Sultanova: "Həyatım təhlükədədir, məni hədələyirlər..."

Tanınmış akrtisa Çimnaz Sultanova həyatının təhlükədə olduğunu bildirib.

"Yenisabah.az"-a danışan sənətçi evindən külli miqdarda oğurluq hadisəsini ictimailəşdirdikdən sonra ona təhdid zənglər gəldiyini deyib.

O, adını çəkmək istəmədiyi vəzifəli şəxslər tərəfindən hədələndiyini iddia edib:

“Hazırda gərginlik içindəyəm. Mənə zəng vurub hədələyirlər, qorxuram. O adamın adını çəkmək istəmirəm. Bu hədə-qorxular evimdə baş verən oğurluq hadisəsini ictimailəşdirməyimdən sonra oldu”.

Xatırladaq ki, oğurluq hadisəsi aktrisanın 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evində baş verib.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan