Castin Biberi məyus edən qərar

Kanadalı müğənni Castin Biberin həyat yoldaşı, model Heyli Biber övlad düşünüb-düşünmədikləri ilə bağlı sualları cavablandırıb.

Mədəniyyət1 dəq oxu
Castin Biberi məyus edən qərar

Gent.az xəbər verir ki, model sonuncu açıqlamasında ümumiyyətlə, bu mövzuda evli qadınların üzərində müəyyən təzyiqin olduğunu bildirib:

"Evli qadınlar tez-tez bununla qarşılaşırlar. Hər kəs "əvvəlcə sevgi, sonra evlilik, daha sonra isə körpə gəlir" kimi düşünürlər".

Heyli hazırda uşaq sahibi olmağa tələsmədiyini və hələ gənc olduğunu əlavə edib:

"Mən hələ də gəncəm. Bu il planlarımız arasında uşaq yoxdur. Düşünürəm ki, növbəti bir neçə ildə buna cəhd edəcəyik".

Qeyd edək ki, bir müddət əvvəl Castinin "ata və ana" şərhi ilə paylaşdığı foto bu mövzuda Heyli ilə həmfikir olmadıqlarını göstərir.(axşam.az)

Castin Biberi məyus edən qərar — şəkil 1

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan