Məşhur filmin aktyoru dünyasını dəyişdi

"Ən yaxşı atıcı" və "Rokki" filmlərində canlandırdığı obrazlarla yadda qalan aktyor Frenk Peşe vəfat edib.

Mədəniyyət1 dəq oxu
Məşhur filmin aktyoru dünyasını dəyişdi

Amerikalı aktyor 74 yaşında Kaliforniyada dünyasını dəyişib.

Gent.az xəbər verir ki, ölüm aktyorun uzun müddətdir əziyyət çəkdiyi demensiya (əqli qabiliyyətin pisləşməsi) ilə bağlı fəsadlar səbəbindən baş verib.

Qeyd edək ki, Frenk həmçinin kino sahəsində prodüser, ssenarist və kaskadyor kimi də fəaliyyət göstərib. Onun aktyorluq debütü 1976-cı ildə "Polis əhvalatı" adlı ekran işi ilə olub. Silvestr Stallone və Toni Danza kimi aktyorların isə yaxın dostu olub. Aktyorun övladı olmayıb.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan