Məşhur cütlük ayrıldıqlarını təsdiqlədi
"Sen çal kapımı" serialında birgə rol aldıqdan sonra eşq yaşamağa başlayan aktrisa Hande Erçellə aktyor Kerem Bürsin ayrılıb.

Bir müddətdir münasibətlərini sonlandırdıqları iddia edilən cütlük sosial şəbəkədə birgə fotolarını silərək yayılan xəbərləri təsdiqləyib.
Gent.az xəbər verir ki, aktyorlar ancaq serialla bağlı etdikləri paylaşımları səhifələrində saxlayıblar.
Mənbə: Axşam.az







