Britni Spirs həyatını qələmə almaq üçün rekord məbləğ alacaq
Müğənni Britni Spirs valideynlərinin himayəsində keçirdiyi illərdən, atası Ceymi Spirsə qarşı apardığı qəyyumluq mübarizəsindən ibarət xatirələrini kitab halına salacaq.

İfaçı bunun müqabilində 15 milyon dollar alacaq.
Gent.az xəbər verir ki, Britni artıq "Simon & Schuster" nəşri ilə müqavilə imzalayıb. Razılaşma ilə bağlı tərəflər ətraflı açıqlama verməyib.
"Page Six"in məlumatına görə, bu razılaşma ABŞ-ın 44-cü prezidenti Barak Obama və həyat yoldaşı Mişellə bağlanan 65 milyon dollarlıq müqavilədən sonra ən böyük sövdələşmədir.
Qeyd edək ki, Britni onun həyatından bəhs edən "Things I should have said" adlı kitabı yazan bacısı Lini bu yolla pul qazanmaqda və ona 11 ildir davam edən qəyyumluq mübarizəsində dəstək olmamaqda ittiham edib.(axşam.az)






